İranın Türkiyəyə həyata keçirdiyi bütün aviareyslərin oktyabrın əvvəlindən etibarən dayandırılması gözlənilir.
Army.az xəbər verir ki, “Türkiye Today” bu barədə mənbələrə istinadən məlumat yayıb.
Türkiyə hökuməti hələlik uçuşların dayandırılması ilə bağlı rəsmi qərar açıqlamayıb. Bununla belə, İran aviaşirkətləri ilə yaxın əlaqələri olan türkiyəli bir rəsmi reyslərin ləğv edilə biləcəyini təsdiqləyib.
Məlumata görə, ABŞ-ın İranın aviasiya sektoruna qarşı tətbiq etdiyi yeni sanksiyalar sentyabrın 23-də qüvvəyə minib. Vaşinqton İran aviaşirkətlərinə xidmət göstərən hava limanları və şirkətlərin də ABŞ-nin dollar əsaslı maliyyə sistemindən kənarlaşdırıla biləcəyi barədə xəbərdarlıq edib.
