Ev DünyaABŞ aviadaşıyıcısında insident: iki pilot katapult edib

ABŞ aviadaşıyıcısında insident: iki pilot katapult edib

by Baş Redaktor
44 Baxış

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Dwight D. Eisenhower” atom aviadaşıyıcısında təyyarənin enişi zamanı insident qeydə alınıb. Hadisə nəticəsində iki pilot katapult edib, gəminin daha dörd ekipaj üzvü isə xəsarət alıb.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.

İnsident zamanı aviadaşıyıcının üçüncü aviasiya qanadına aid təyyarənin iki pilotu katapult sistemindən istifadə edərək təyyarəni tərk edib. Axtarış-xilasetmə qrupu pilotları qısa müddət ərzində aşkar edərək gəminin göyərtəsinə çatdırıb.

Hazırda hər iki pilotun tibbi müayinədən keçirildiyi bildirilir.

banner

Əlaqəli Yazılar Xüsusi