Ev DünyaPutin, Si və Trampın görüşü gündəmdə: Çin “məlumat yoxdur” dedi

Putin, Si və Trampın görüşü gündəmdə: Çin “məlumat yoxdur” dedi

by Baş Redaktor
65 Baxış

Çin hakimiyyəti Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında APEC sammiti çərçivəsində mümkün üçtərəfli görüşlə bağlı hələlik hər hansı konkret məlumatın olmadığını bildirib.

Army.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qо Jiakun məlumat verib.

Bildirilib ki, bu il Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığına Çin ev sahibliyi edir.

Onun sözlərinə görə, Pekin APEC-in Çin sədrliyi dövründə bütün iştirakçı tərəflərlə əməkdaşlıq edərək sammitdən müsbət nəticələrin əldə olunmasına çalışacaq. Diplomat bunun regionda və qlobal miqyasda iqtisadi artımın dəstəklənməsinə töhfə verəcəyini vurğulayıb.

banner

Putin, Si Cinpin və Donald Trampın mümkün üçtərəfli görüşü ilə bağlı suala cavab verən Qо Цзякунь isə belə bir görüşün keçirilməsi barədə hazırda açıqlaya biləcəyi məlumatın olmadığını deyib.

Əlaqəli Yazılar Xüsusi