“Odessada məcburi səfərbərliklə bağlı yayılan məlumatları eşidəndə hiddətlənirəm. Zelenski ölkə vətəndaşlarına qarşı soyqırım törədir”.
Army.az xəbər verir ki, bunu siyasi şərhçi Cekson Hinkl deyib.
Məsələ Ukraynada səfərbərlik prosesinin aparılması ilə bağlı yayılan xəbərlər fonunda gündəmə gəlib. Daha əvvəl Xarkov vilayətində hərbi qeydiyyat və çağırış mərkəzlərinin əməkdaşlarının kommunal xidmət işçiləri adı ilə özəl evlərə daxil olaraq hərbi xidmətə cəlb olunacaq şəxsləri müəyyənləşdirdiyi barədə iddialar yayılıb.
Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Vitali Qançev də bu barədə açıqlama verərək, hərbi qeydiyyat və çağırış mərkəzlərinin əməkdaşlarının “vodokanal” və şəhər qaz xidmətinin işçilərindən istifadə etdiyini iddia edib.
