Ev DünyaLukaşenkodan Rusiyaya açıq mesaj: “Biz Moskvadan uzaqlaşmırıq”

Lukaşenkodan Rusiyaya açıq mesaj: “Biz Moskvadan uzaqlaşmırıq”

by Baş Redaktor
63 Baxış

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin xarici siyasətdə müxtəlif istiqamətlərə açıq olmasının Rusiya ilə münasibətlərdən uzaqlaşması anlamına gəlmədiyini bildirib.

Army.az xəbər verir ki bu barədə xarici KİV məlumat yayıb.

Lukaşenko qeyd edib ki, Minsk “çoxvektorlu” xarici siyasət yürütməsinə baxmayaraq, Moskva ilə əlaqələrini dəyişmək niyyətində deyil:

“Ölkənin Avropanın mərkəzində yerləşməsi və müxtəlif dövlətlərlə qonşuluğu onun fərqli tərəflərlə münasibətləri qorumasını zəruri edir. Qonşular seçilmir və onlarla yaxşı münasibətlər qurmağa çalışmaq lazımdır. Rusiya Belarusa kömək etdiyi kimi, Belarus da ehtiyac yarandıqda Rusiyaya dəstək göstərəcək”.

banner

Əlaqəli Yazılar Xüsusi