Ev DünyaErmənistanın səs hüququ dayandırıla bilər – Moskva tarix açıqladı

Ermənistanın səs hüququ dayandırıla bilər – Moskva tarix açıqladı

by Baş Redaktor
34 Baxış

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın səsvermə hüququnun dayandırılması yalnız bütün üzv dövlətlərin yekdil razılığı ilə mümkün ola bilər.

Army.az xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib.

Onun sözlərinə görə, məsələ noyabrın 11-də Moskvada keçiriləcək təşkilatın növbəti iclasının gündəliyinə çıxarıla bilər.

Vasilyev xatırladıb ki, təşkilatın nizamnaməsinə əsasən, üzv dövlət iki il ərzində büdcəyə üzvlük haqqını ödəmədiyi təqdirdə onun səsvermə hüququ, eləcə də nümayəndələrinin rəhbər vəzifələrə irəli sürülməsi imkanları dondurula bilər.

banner

Rusiyalı diplomat qeyd edib ki, Ermənistan iki ildən artıqdır KTMT-nin fəaliyyətində faktiki iştirak etmir, iclaslara nümayəndə göndərmir və təşkilat qarşısındakı maliyyə öhdəliklərini də yerinə yetirməyib. Bu səbəbdən İrəvanın təşkilatdakı statusu ilə bağlı qərarın yaxın aylarda müzakirə olunacağı gözlənilir.

Əlaqəli Yazılar Xüsusi