Ev DünyaTehrandan sanksiyalarla bağlı sərt mesaj: “Artıq buna öyrəşmişik”

Tehrandan sanksiyalarla bağlı sərt mesaj: “Artıq buna öyrəşmişik”

by Baş Redaktor
135 Baxış

İranın vitse-prezidenti Məhəmmədrza Arif ölkəsinin ABŞ və digər dövlətlərin tətbiq etdiyi sanksiyaların təsirindən narahat olmadığını bildirib.

Army.az xəbər verir ki, Arif İranın uzun illərdir davam edən sanksiyalara uyğunlaşdığını və ölkənin bu təzyiqlərə qarşı dayanıqlılıq qazandığını deyib.

Onun sözlərinə görə, İran İslam İnqilabının ilk illərində ölkənin neftdən asılılığının aradan qaldırılması ideyası geniş müzakirə olunurdu:

“İnqilabın əvvəlində hamımız dua edirdik ki, kaş ölkənin nefti olmayaydı və inkişaf edə biləydi. Çünki belə bir düşüncə var idi ki, neft bizi tənbəlləşdirir”.

banner

Vitse-prezident qeyd edib ki, həmin dövrdə dövlət büdcəsinin neft gəlirlərindən asılılığının sıfıra endirilməsi hədəflənib və bu istiqamətdə siyasət inkişaf proqramlarına daxil edilib.

Arif hazırkı vəziyyətdən danışarkən neft sektorunda layihələrin sürətləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, idarəetmədə dəyişikliklər ölkədə yeni inkişaf mərhələsi üçün imkan yarada bilər.

Əlaqəli Yazılar Xüsusi