ABŞ vitse-prezidenti Cey Di Vens Demokratlar Partiyasını ölkəyə və ABŞ-ın qurucuları hesab olunan şəxslərə qarşı düşmən münasibətdə olmaqda suçlayıb.
Army.az xəbər verir ki, Vens bu fikirləri Dallasda Respublikaçılar Partiyasının milli qurultayında etdiyi çıxış zamanı səsləndirib.
Vitse-prezident Demokratlar Partiyasının mövcud siyasi xəttini kəskin tənqid edərək partiyanı “nifrət partiyası” adlandırıb. Onun sözlərinə görə, Demokratlar həm ABŞ-a, həm də ölkənin qurulmasında rol oynayan insanlara qarşı mənfi mövqe nümayiş etdirirlər. Vens, həmçinin partiyanın 11 sentyabr terror aktlarını həyata keçirən şəxslərə belə rəğbət göstərə bildiyini iddia edib.
Vens çıxışı zamanı Demokratlar Partiyasının əvvəlki siyasi kimliyindən uzaqlaşdığını da vurğulayıb. O bildirib ki, hazırkı Demokratlar artıq Franklin Delano Ruzvelt, Con Kennedi və hətta Bill Klintonun rəhbərliyi dövründəki partiya ilə eyni deyil.
