Ev DünyaFransada şagirdlər yenidən küçələrdə – Təxminən 200 liseyin fəaliyyəti dayandırılıb

Fransada şagirdlər yenidən küçələrdə – Təxminən 200 liseyin fəaliyyəti dayandırılıb

by Baş Redaktor
64 Baxış

Fransada şagirdlərin etiraz aksiyaları səbəbindən bu gün ölkə üzrə təxminən 200 liseyin fəaliyyəti dayandırılıb.

Army.az xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Eduar Jefren məlumat verib.

Onun sözlərinə görə, etirazlarla əlaqədar müvəqqəti bağlanan liseylərin sayı əvvəlki həftələrlə müqayisədə azdır.

Bundan əvvəl etiraz hərəkatının iştirakçıları tərəfdarlarını aksiyaları davam etdirməyə və bu gün keçirilən nümayişlərə qoşulmağa çağırıblar.

banner

Fransada lisey şagirdləri bir neçə həftədir dərs yükünün çoxluğu, müəllim çatışmazlığı və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi aksiyalar zamanı qarşıdurmalar və iğtişaşlar da baş verib.

Əlaqəli Yazılar Xüsusi