İran ABŞ hərbçilərinin öldürülməsi və ya əsir götürülməsi ilə bağlı pul mükafatı təklif edir.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsünün sözlərinə görə, ABŞ hərbçisinin meyitini və ya əsir götürülmüş hərbçini təhvil verən şəxsə 5 milyard tümən ( 84 000 manat ) ödənilməsi təklif olunur:
“İranlı qadının ABŞ hərbçisini əsir götürməsi halında mükafatın məbləği ikiqat artırılaraq 10 milyard tümən (168 000 manat ) təşkil edəcək.
Bu təklif yalnız İran vətəndaşları ilə məhdudlaşmır. Digər region ölkələrinin sakinlərinin də belə bir halda mükafat ala biləcəyi bildirilib”.
