Ev DünyaPaşinyanın nüvə planı: Yeni atom elektrik stansiyası inşa edəcək

Paşinyanın nüvə planı: Yeni atom elektrik stansiyası inşa edəcək

by Baş Redaktor
68 Baxış

Ermənistan yaxın aylarda yeni atom elektrik stansiyasının tikintisi üçün texnologiya və tərəfdaş seçimi ilə bağlı qərar verəcək.

Army.az xəbər verir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçov Baş nazir Nikol Paşinyanın açıqlamasına istinadən məlumat verib.

Onun sözlərinə görə, Ermənistan yeni stansiyanın texniki konsepsiyasını və layihədə iştirak edəcək tərəfdaşları müəyyənləşdirməyi planlaşdırır.

Hazırda Cənubi Qafqazda fəaliyyət göstərən yeganə AES Ermənistandakı Metsamor stansiyasıdır. Ölkənin elektrik enerjisinin təxminən 30 faizini təmin edən stansiya sovet dövründə inşa edilib və hazırda onun modernləşdirilməsi və texniki xidməti “Rosatom” tərəfindən həyata keçirilir.

banner

Əlaqəli Yazılar Xüsusi