Ev Dünya“SEPAH hakimiyyəti ələ keçirib” – Norman

“SEPAH hakimiyyəti ələ keçirib” – Norman

by Baş Redaktor
59 Baxış

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Norman Roll İran hakimiyyətinin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Army.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

İran hakimiyyətinin keçmişi dəyişməyib və mövcud rejim hakimiyyətdə qalacağı təqdirdə onun davranışlarının böyük ehtimalla son onilliklərdəki siyasət xəttini davam etdirəcəyini bildirib.

Roll qeyd edib ki, illər əvvəl də İran İnqilab Keşikçiləri Korpusunun dominant olduğu bir hakimiyyətin formalaşacağı ilə bağlı dəfələrlə proqnozlar səsləndirilib.

banner

“Bu gün isə belə bir hökumət hakimiyyətin başındadır”, – o vurğulayıb.

Keçmiş MKİ əməkdaşı bildirib ki, İnqilab Keşikçiləri Korpusu Tehranın regiondakı proksi qüvvələr şəbəkəsini yaradıb və İran iqtisadiyyatından öz maraqları naminə istifadə edir.

Əlaqəli Yazılar Xüsusi