Ev DünyaDubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsi ələ keçirilib? – İsrail hökuməti təcili iclas çağırıb

Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsi ələ keçirilib? – İsrail hökuməti təcili iclas çağırıb

by Baş Redaktor
57 Baxış

Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsinin istiqamətini dəyişməsi ilə bağlı həyəcan yaşanıb.

Army.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yaylb.

Təyyarədə fövqəladə vəziyyət siqnalı verilib və onun qaçırıldığı iddia olunur.

Məlumata əsasən, təyyarənin marşrutu dəyişdirilərək Səudiyyə Ərəbistanına yönəldilib. Təyyarədə 150-dən çox sərnişinin olduğu bildirilir.

banner

Hadisə ilə əlaqədar İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın təcili iclas keçirdiyi qeyd olunur.

Qeyd edilib ki, çərşənbə günü səhər 27 uşaq da daxil olmaqla 174 sərnişini daşıyan Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsi qısa müddətə mümkün qaçırma siqnalı ötürüb və İsrail təyyarəni müşayiət etmək üçün qırıcı təyyarələri havaya qaldırıb.

Əlaqəli Yazılar Xüsusi