Ev Hərbi XəbərlərPeskov: “Bizə atəşkəs deyil, sülh lazımdır”

Peskov: “Bizə atəşkəs deyil, sülh lazımdır”

by Baş Redaktor
49 Baxış

Rusiya Ukrayna ilə yalnız atəşkəs əldə edilməsini deyil, davamlı sülhün təmin olunmasını istəyir.

Army.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, Moskvanın əsas məqsədi müvəqqəti atəşkəs deyil, münaqişənin davamlı şəkildə başa çatdırılmasıdır:

“Prezidentin dünən qeyd etdiyi kimi, bizə atəşkəs lazım deyil, bizə sülh lazımdır”.

banner

O, eyni zamanda Rusiya tərəfinin danışıqlar prosesinə açıq olduğunu bildirib.

Peskov bu açıqlamanı Türkiyə və BMT-nin Qara dənizdə atəşkəs məsələsi ilə bağlı Rusiya və Ukrayna arasında danışıqların keçirilməsi üzərində işlədiyi barədə məlumatları şərh edərkən verib:

“Rusiya tərəfi danışıqlara hər zaman açıqdır”.

Əlaqəli Yazılar Xüsusi