Aprelin 3-də İranda vurulmuş ABŞ Hərbi Hava Qüvvələrinə aid “F-15E” qırıcısının silah sistemləri operatoru və xilasetmə əməliyyatında iştirak edən helikopter heyətinin iki üzvü yaralanıb.
Army.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, yaralananlar arasında “F-15E” qırıcısının silah sistemləri operatoru və pilotu da var. Pilotu təyyarədən çıxarmaq üçün aparılan ilkin xilasetmə əməliyyatı zamanı helikopter heyətinin iki üzvü atəşə tuş gəlib.