Ermənistanın Korrupsiyaya Qarşı Məhkəməsi ölkənin üçüncü prezidenti Serj Sarkisyanın ölkədən çıxışına tətbiq olunan qadağanı aradan qaldırıb.
Army.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Məhkəməsinin hakimi Sarkis Petrosyan qərar qəbul edib.
Məhkəmə eyni zamanda müdafiə tərəfinin Serj Sarkisyan barəsində aparılan cinayət işinə xitam verilməsi ilə bağlı vəsatətini təmin etməyib.
Sarkisyanın vəkilləri əvvəlki məhkəmə iclasında cinayət işinin dayandırılması barədə vəsatət təqdim etmişdilər.
Keçmiş prezident barəsində cinayət təqibi Gümrüdə yerləşən “Sev Berd” (“Qara qala”) qalasının özgəninkiləşdirilməsi ilə bağlı iş çərçivəsində aparılır. İttihamlar Sarkis Sarkisyanın 2000-2007-ci illərdə Ermənistanın müdafiə naziri vəzifəsində çalışdığı dövrə aiddir.
Sarkisyana vəzifəli şəxs tərəfindən hakimiyyətdən, xidməti səlahiyyətlərdən və ya bunlardan irəli gələn nüfuzdan sui-istifadə etmək və yaxud səlahiyyətləri aşmaq, habelə ehtiyatsızlıq nəticəsində digər ağır nəticələrə səbəb olmaq ittihamları irəli sürülüb.
