Ev DünyaLukaşenkodan Ermənistana Aİ ilə bağlı mesaj: “Konyakınızı kim alacaq?”

Lukaşenkodan Ermənistana Aİ ilə bağlı mesaj: “Konyakınızı kim alacaq?”

by Baş Redaktor
63 Baxış

Ermənistan Avropa İttifaqına (Aİ) üzv olmaq istəyirsə, əvvəlcə ixrac strukturunu və məhsulları üçün bazarları müəyyənləşdirməlidir.

Army.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko İrəvanın Aİ-yə inteqrasiya perspektivini şərh edərkən belə fikir səsləndirib.

Lukaşenko Ermənistanın Aİ-yə üzvlük məsələsində tələsməməli olduğunu bildirib.

“Əgər Avropa İttifaqına getmək qərarına gəlmisənsə, hara tələsirsən? Əvvəlcə dəqiq müəyyən et ki, konyakını, tərəvəzini, meyvəni kim alacaq”, – deyə Belarus lideri qeyd edib.

banner

Belarus Prezidenti bununla yanaşı, Ermənistan məhsullarının Aİ ölkələrində bazar tapması ilə bağlı istehzalı fikir səsləndirib və nümunə kimi konyak istehsalı ilə tanınan Fransanı göstərib.

Əlaqəli Yazılar Xüsusi