Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus Su-35 qırıcısının Voronej vilayətində Mi-8 helikopterini pilotsuz uçuş aparatı (PUA) ilə səhv salaraq vurduğu iddia edilir.
Army.az xəbər verir ki, bu barədə Rusiya medias məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində helikopterin ekipajında olan üç nəfər – pilot, şturman və tuşlayıcı həlak olub.
Məlumata əsasən, insident oktyabrın 1-də Voronej vilayətinə kütləvi PUA hücumunun dəf edildiyi vaxt baş verib.
İddialara görə, Su-35-in ekipajı Mi-8 helikopterini səhvən PUA kimi müəyyənləşdirib və ona atəş açıb.
Helikopter Voronej şəhərindən təxminən 80 kilometr məsafədə yerləşən Anninski rayonunda qəzaya uğrayıb.
Hadisə ilə bağlı yayılan məlumatlar hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
