Ermənistan Avropa İttifaqına (Aİ) üzv olmaq istəyirsə, əvvəlcə ixrac strukturunu və məhsulları üçün bazarları müəyyənləşdirməlidir.
Army.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko İrəvanın Aİ-yə inteqrasiya perspektivini şərh edərkən belə fikir səsləndirib.
Lukaşenko Ermənistanın Aİ-yə üzvlük məsələsində tələsməməli olduğunu bildirib.
“Əgər Avropa İttifaqına getmək qərarına gəlmisənsə, hara tələsirsən? Əvvəlcə dəqiq müəyyən et ki, konyakını, tərəvəzini, meyvəni kim alacaq”, – deyə Belarus lideri qeyd edib.
Belarus Prezidenti bununla yanaşı, Ermənistan məhsullarının Aİ ölkələrində bazar tapması ilə bağlı istehzalı fikir səsləndirib və nümunə kimi konyak istehsalı ilə tanınan Fransanı göstərib.
