İsrailin Baş naziri Benyamin Netanyahu İran hakimiyyətinin devriləcəyini və ölkə xalqı üçün azadlıq gününün gələcəyini bildirib.
Army.az xəbər verir ki, Netanyahu bu fikirləri “Daily Mail”ə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, İranda mövcud rejimin zəiflədiyini müşahidə etmək mümkündür və onun devrilməsi vaxt tələb etsə də, bu proses baş verəcək.
İsrail Baş naziri ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi təzyiqlərin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) zəiflətdiyini iddia edib. O, İran xalqına müraciət edərək ümidlərini itirməməyə çağırıb.
Netanyahu, həmçinin, İsrailin İranın nüvə silahı əldə etməsinin qarşısını aldığını bildirib. Bununla yanaşı, onun sözlərinə görə, Tehran uzaqmənzilli raketlər üzərində çalışmalarını davam etdirir.
İsrail hökumətinin başçısı qeyd edib ki, İran nüvə silahına sahib olsaydı, bunun nəticələri son dərəcə ağır ola bilərdi.
