Ev Dünyaİran: “Yeddi şərt yerinə yetirilməyənədək Hörmüz boğazı açılmayacaq”

İran: “Yeddi şərt yerinə yetirilməyənədək Hörmüz boğazı açılmayacaq”

by Baş Redaktor
48 Baxış

İran İslam Şura Məclisinin sədri Məhəmməd Bağır Qalıbaf bildirib ki, İslamabad razılaşması çərçivəsində irəli sürülən yeddi əsas şərt yerinə yetirilməyənədək Hörmüz boğazı gəmilərin hərəkəti üçün açılmayacaq.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qalıbafın sözlərinə görə, ABŞ rəsmiləri mediada fərqli mövqelər səsləndirsələr də, son dövrlərdə vasitəçilər vasitəsilə Tehrana yeni təkliflər göndərilib:

“İranın mövqeyi dəyişməzdir və Vaşinqtonun vaxtı uzatmaq və birtərəfli tələblər irəli sürmək siyasəti qəbul edilməyəcək.Tehran xarici siyasətini ABŞ rəsmilərinin açıqlamaları və sosial şəbəkə paylaşımlarına əsasən müəyyənləşdirmir. İran üçün əsas göstərici mediada səsləndirilən fikirlər deyil, qarşı tərəfin sahədə atdığı real addımlardır”.

banner

Əlaqəli Yazılar Xüsusi