Ev GündəmErməni deputat Bakıya getməyə hazır olduğunu açıqladı

Erməni deputat Bakıya getməyə hazır olduğunu açıqladı

by Baş Redaktor
79 Baxış

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Lilit Qalstyan Bakıya səfər etməyə hazır olduğunu bildirib.

Army.az xəbər verir ki, Qalstyan ATƏT Parlament Assambleyasının payız sessiyası ərəfəsində təşkilata müraciət edərək Bakıya humanitar səfərin təşkil olunmasını tələb etdiyini açıqlayıb.

Deputat bildirib ki, məqsədi ATƏT PA-nın sülh və əməkdaşlığın təşviqi, münaqişələrin dinc yolla həlli, hərbi əsirlərin və digər saxlanılan şəxslərin vəziyyəti və hüquqlarının qorunması ilə bağlı prinsiplərinə uyğun missiya həyata keçirməkdir.

Qalstyan müraciətində Bakıya şəxsən getməyə hazır olduğunu vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi