Almaniya kansleri Fridrix Mertsin Kiyevə elan olunmamış səfəri ölkə daxilində siyasi etirazlara səbəb olub.
Army.az xəbər verir ki, bu barədə Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alisa Vaydel və partiyanın Bundestaqdakı fraksiya sədrinin müavini Markus Frohnmaier açıqlama veriblər.
Vaydel bildirib ki, Merts Almaniyanın milli bayramı günündə Ukraynaya gedərək əlavə milyardlarla avro vəsait ayıracağını vəd edir. Onun sözlərinə görə, bu vəsait Almaniyada pensiya fondları və tibbi sığorta sisteminin maliyyələşdirilməsində çatışmazlıq olduğu bir vaxtda ölkə vergi ödəyicilərinin hesabına ayrılır.
AfD nümayəndəsi, həmçinin Almaniyanın ciddi enerji böhranı yaşadığını vurğulayıb.
Frohnmaier isə bildirib ki, onun ifadəsi ilə desək, “Ukraynaya xərac ödəmək” hətta bayram günlərində də dayanmır.
