ABŞ və İsrail İranın bir neçə şəhərinin hava limanlarını, o cümlədən Təbriz və Urmiyanı, raket və pilotsuz uçuş aparatları ilə hədəf alıb.
Army.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Xəbərdə bildirilir ki, Tehranın qərbində yerləşən Məhraabad hava limanının yaxınlığında geniş miqyaslı yanğınlar baş verib və havaya qalın tüstü yüksəlib.
Eyni zamanda, İsrail ordusu açıqlayıb ki, genişmiqyaslı hücum zamanı Tehrandakı Məhraabad, Bahram və Azmayesh hava limanları daxil olmaqla üç liman hədəfə alınıb, onlarla təyyarə, vertolyot və hərbi obyekt məhv edilib.
