Ev DünyaTakaici: “Rusiya ilə sülh müqaviləsi bağlamaq kursundan dönməyəcəyik”

Takaici: “Rusiya ilə sülh müqaviləsi bağlamaq kursundan dönməyəcəyik”

by Baş Redaktor
54 Baxış

Yaponiya Rusiya ilə ərazi mübahisəsinin həlli və iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində siyasətini davam etdirəcək.

Army.az xəbər verir ki, Yaponiyanın Baş naziri Sanae Takaici parlamentdə çıxışı zamanı hökumətin bu məsələdə mövqeyinin dəyişmədiyini bildirib.

Takaici Yaponiyanın “Şimal əraziləri” adlandırdığı, Rusiyanın isə Cənubi Kuril adaları kimi tanıdığı ərazilərin Tokioya görə həm tarixi baxımdan, həm də beynəlxalq hüquq çərçivəsində Yaponiyaya məxsus olduğunu bildirib.

Rusiya ilə Yaponiya arasında İkinci Dünya müharibəsindən sonra rəsmi sülh müqaviləsinin imzalanmamasının əsas səbəblərindən biri məhz bu ərazilərlə bağlı mübahisədir. Moskva və Tokio arasında hazırda bu məsələyə dair danışıqlar aparılmır.

banner

Qeyd edək ki, Yaponiya son dövrdə Rusiya ilə bağlı sanksiya siyasətini də genişləndirib.

Əlaqəli Yazılar Xüsusi