Ev Hərbi XəbərlərNəvaf Salam: İsrail qüvvələri Livanı tam tərk etməlidir

Nəvaf Salam: İsrail qüvvələri Livanı tam tərk etməlidir

by Baş Redaktor
72 Baxış

Livan Tehranla münasibətlərdə yeni mərhələyə keçmək niyyətindədir.

Army.az xəbər verir ki bu barədə Livanın Baş naziri Nəvaf Salam deyib.

O, bildirib ki, Beyrut İranla əlaqələri qarşılıqlı suverenlik və müstəqilliyə hörmət, eləcə də ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında yenidən qurmaq istəyir.

Salam eyni zamanda İran rəhbərliyinə Livana yeni səfir təyin etmək çağırışı edib.

banner

Livan hökumətinin başçısı ölkənin əsas prioritetlərindən birinin İsrail qüvvələrinin Livan ərazisindən tam çıxarılması və İsrail tərəfindən həyata keçirilən hücumların dayandırılması olduğunu vurğulayıb.

Salam həmçinin ölkə daxilində bütün silahlı qüvvələrin və silahların dövlətin müstəsna nəzarəti altında olması prinsipini müdafiə etdiyini bildirib.

Əlaqəli Yazılar Xüsusi