Ev Hərbi XəbərlərGeneral: “İsrail yeni müharibəyə başlayarsa, nəticələri ağır olacaq”

General: “İsrail yeni müharibəyə başlayarsa, nəticələri ağır olacaq”

by Baş Redaktor
59 Baxış

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi İsrail və ABŞ-ın mümkün hərbi addımları ilə bağlı sərt açıqlamalar verib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat verib.

Abdullahinin sözlərinə görə, İsrail yeni müharibəyə səbəb olacaq addım atarsa, İran Silahlı Qüvvələri buna ciddi cavab verəcək. O, belə bir qarşıdurmanın nəticələrinin yalnız tərəflərlə məhdudlaşmayacağını və bütün regiona təsir göstərəcəyini bildirib.

İranlı general ABŞ Prezidenti Donald Trampa da mesaj göndərərək Tehranın ABŞ Konqresinə keçiriləcək seçkilərin nəticələrini gözləmədiyini deyib.

banner

O bildirib ki, ABŞ və ya İsrailin təşəbbüsü ilə İrana qarşı hər hansı hərbi addım atılacağı təqdirdə, İran qüvvələri ABŞ-ın bölgədəki obyektlərini sərt şəkildə hədəfə alacaq. Abdullahi bunun seçkilərdən əvvəl və ya sonra baş verməsinin Tehran üçün fərq etmədiyini vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi