Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin reallaşdırılması fonunda ölkənin regional nəqliyyat əlaqələrinin genişlənəcəyini bildirib.
Army.az xəbər verir ki, Paşinyan bunu İrəvanda keçirilən Ermənistan-Birləşmiş Krallıq Biznes Forumunda çıxışı zamanı deyib.
Baş nazirin sözlərinə görə, yaxın perspektivdə TRIPP layihəsinin inkişafı ilə yanaşı, Ermənistan-Türkiyə sərhədinin açılması, həmçinin Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yolu xətlərinin fəaliyyətə başlaması gözlənilir:
“Yaxın gələcəkdə TRIPP layihəsinin inkişafına paralel olaraq, Ermənistan-Türkiyə sərhədinin, eləcə də Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə dəmir yolu əlaqələrinin açılmasını gözləyirik”.
O əlavə edib ki, layihənin həyata keçirilməsi regionda daha geniş nəqliyyat bağlantılarının formalaşmasına imkan verə bilər. Paşinyanın sözlərinə görə, TRIPP çərçivəsində Bəsrə körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqəsinin yaradılması da nəzərdə tutulur.
