Ev Dünyaİstanbul məktəbində qanlı insident – 5 şagird xəstəxanaya aparıldı

İstanbul məktəbində qanlı insident – 5 şagird xəstəxanaya aparıldı

by Baş Redaktor
45 Baxış

İstanbulun Başakşehir ərazisindəki Şeyx Şamil İmam Hatip Orta Məktəbində şagirdlərdən birinin törətdiyi bıçaqlı hücum nəticəsində beş nəfər xəsarət alıb.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, yaralananların hamısı qız şagirdlərdir. Hadisədən sonra məktəbə çoxsaylı təcili tibbi yardım briqadaları göndərilib.

Xəsarət alan şagirdlərə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya aparılıblar.

banner

İnsidentin ardından hücumda şübhəli bilinən şagird hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisənin başvermə səbəbləri və digər detalları araşdırılır.

Əlaqəli Yazılar Xüsusi