Dünyaİsrailin raket müdafiəsi güclənir – “Arrow” ilə bağlı mühüm qərar verilib

İsrailin raket müdafiəsi güclənir – “Arrow” ilə bağlı mühüm qərar verilib

by Baş Redaktor
6 Baxış

İsrail “Arrow” ballistik raketdən müdafiə sistemini artırır.

Army.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, İsrail Hava Sənayesi ilə razılaşma “Arrow” raketlərinin istehsal sürəti və miqdarında əhəmiyyətli artıma imkan verəcək:

“İsrailin “Arrow 3″ raketdən müdafiə sistemi ölkənin ən qabaqcıl uzaqmənzilli müdafiə sistemi sayılır və onun məqsədi İran tərəfindən atılan ballistik raketləri hələ Yer atmosferinə daxil olmamış vaxtda vurmaqdır”.

banner

İsrail mediasının məlumatına görə, bir “Arrow 3” raketinin təxmini qiyməti 2–3 milyon dollar civarındadır və istehsalına bir neçə ay vaxt tələb olunur, lakin İsrail təhlükəsizlik səbəblərinə görə dəqiq vaxtı açıqlamayıb.

You may also like