Ev DünyaABŞ-da seçki yarışı qızışır: Trampdan “sürpriz” mesajı

ABŞ-da seçki yarışı qızışır: Trampdan “sürpriz” mesajı

by Baş Redaktor
58 Baxış

ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilərində gözlənilməz nəticələrin olacağını bildirib.

Army.az xəbər verir ki, Tramp “Truth Social” hesabında tərəfdarlarının mitinqlərə böyük maraq göstərdiyini və tədbirlərdə iştirakın yüksək olduğunu qeyd edib.

“Mitinqlərimdəki izdiham və nümayiş olunan coşğu inanılmazdır. Heç kim indiyədək belə bir şey görməyib. Biz hər yerdə seçkilərdə qüvvələr nisbətini dəyişirik”, – deyə Tramp yazıb.

ABŞ lideri bəzi media qurumlarını onun mitinqləri barədə məlumatları obyektiv işıqlandırmamaqda ittiham edib. O, böyük televiziya kanallarının mitinqləri geniş yayımlamasının yüksək izlənmə topladığını da bildirib.

banner

Tramp paylaşımının sonunda qarşıdakı aralıq seçkilərlə bağlı “sürpriz” gözlənilməli olduğunu vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi