Ev Hərbi Xəbərlərİran ordusundan xəbərdarlıq: “Növbəti cavab daha genişmiqyaslı olacaq”

İran ordusundan xəbərdarlıq: “Növbəti cavab daha genişmiqyaslı olacaq”

by Baş Redaktor
57 Baxış

İran Silahlı Qüvvələri regionda mümkün təhdidlərə qarşı hazırlıq çərçivəsində potensial düşmən hədəfləri ilə bağlı məlumatlarını mütəmadi yenilədiyini açıqlayıb.

Army.az-ın xəbərinə görə, İran ordusunun nümayəndəsi “Al Mayadeen”ə bildirib ki, regionda İran qüvvələrinin zərbə endirə biləcəyi hərbi bazalar da daxil olmaqla, çoxsaylı obyektlər müəyyənləşdirilib.

Onun sözlərinə görə, İran zərurət yaranacağı təqdirdə mümkün təcavüzün qarşısını almaq məqsədilə qabaqlayıcı əməliyyatlara əl ata bilər.

İran tərəfi həmçinin xəbərdarlıq edib ki, ölkəyə qarşı yeni hücum baş verərsə, cavab əvvəlki əməliyyatlarla müqayisədə daha genişmiqyaslı və sürətli ola bilər.

banner

Ordunun nümayəndəsi ABŞ tərəfindən İran ərazisinə və ya Hörmüz boğazındakı adalara mümkün quru müdaxiləsi ssenarisinə də toxunub. O, belə bir halda İran silahlı qüvvələrinin sərt cavab verəcəyini bildirib.

Əlaqəli Yazılar Xüsusi