Ev Hərbi Xəbərlərİrandan Trampa 7 şərt: “Razılaşmanı imzalamağa məcbur olacaq”

İrandan Trampa 7 şərt: “Razılaşmanı imzalamağa məcbur olacaq”

by Baş Redaktor
79 Baxış

İran parlamentinin 10-cu çağırışında sədr müavini vəzifəsini tutmuş Əli Motəhəri ABŞ-la danışıqların mümkün şərtlərindən danışıb.

Army.az xəbər verir ki, Motəhəri “İRNA”ya açıqlamasında Tehran və Vaşinqton arasında mümkün razılaşma üçün İranın yeddi şərt irəli sürdüyünü bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın mövqeyi dəyişkəndir və nəticədə Vaşinqton Tehranın tələblərinin nəzərə alındığı razılaşmanı qəbul etməyə məcbur qalacaq.

İranlı siyasətçi ABŞ və İsrailin ölkə daxilində zəiflik yarandığını düşünəcəyi təqdirdə hərbi əməliyyatların miqyasını artırmağa çalışacağını deyib.

banner

O, eyni zamanda ABŞ-ın İranla genişmiqyaslı müharibəyə imkanlarının yetərli olmadığını iddia edib. Motəhəri bunun səbəblərindən biri kimi İran cəmiyyətinin müharibə itkilərinə münasibətini göstərib. Onun sözlərinə görə, iranlılar şəhidliyi şərəf sayır və itkilərə baxmayaraq mübarizəni davam etdirməyə hazırdırlar.

Motəhəri hesab edir ki, müharibə zamanı itkilərin artması ABŞ üçün ciddi problemə çevrilə bilər. O bildirib ki, böyük sayda hərbçinin öldürülməsi Vaşinqtonda geniş ictimai etirazlara səbəb ola bilər.

İranlı siyasətçi bu amili Trampın açıqlamalarının əhəmiyyətli hissəsinin real hərbi imkanlardan daha çox “blef” xarakteri daşıdığını söyləməsinə əsas kimi göstərib.

Hörmüz boğazına gəlincə, Motəhəri bu su yolunun idarə olunmasının beynəlxalq dənizçilik qaydalarına uyğun olaraq İran və Omanın səlahiyyətində qalmalı olduğunu vurğulayıb. O, ABŞ-ın boğazla bağlı mövqeyini isə “güc tətbiqinə əsaslanan tələb” kimi qiymətləndirib.

Əlaqəli Yazılar Xüsusi