Ev Hərbi Xəbərlər“Moldova müharibəyə cəlb olunur” – Dodon

“Moldova müharibəyə cəlb olunur” – Dodon

by Baş Redaktor
68 Baxış

Moldovanın keçmiş prezidenti, Sosialist Partiyasının lideri İqor Dodon ölkə rəhbərliyini Moldovanı hərbi qarşıdurmaya yaxınlaşdırmaqda ittiham edib.

Army.az xəbər verir ki, Dodon bu barədə Kişinyovda keçirilən Moldova Təhlükəsizlik Forumu ilə bağlı açıqlamasında danışıb.

Onun sözlərinə görə, Prezident Maya Sandu və hakim “Fəaliyyət və Həmrəylik” Partiyasının (PAS) siyasəti ölkənin Konstitusiyada nəzərdə tutulan neytral statusu ilə ziddiyyət təşkil edir.

Siyasətçi bildirib ki, Kişinyovda NATO, Konrad Adenauer Fondu və digər beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələləri müzakirə olunur.

banner

Dodon bu tədbiri Moldovanın neytrallıq siyasətindən uzaqlaşmasının göstəricilərindən biri kimi qiymətləndirib. O, həmçinin Norveçin Moldovaya silah və sursat ixracına icazə verməsinə diqqət çəkib:

“Bu, PAS-ın ən ‘Avropayönlü kursudur’? Bəs bundan sonra bizi hara aparacaqlar?”

Dodon Moldovanın hərbi qarşıdurmalardan kənarda qalmasının tərəfdarı olduğunu vurğulayıb və ölkəsinin dinc dövlət statusunu qorumasının vacibliyini bildirib:

“Biz müharibənin əleyhinəyik. Moldova sülh şəraitində yaşayan ölkə olaraq qalmalıdır”.

Əlaqəli Yazılar Xüsusi