Ev Hərbi Xəbərlər23 hindistanlı ekipaj üzvü təxliyə edildi: Tankerlə bağlı son vəziyyət

23 hindistanlı ekipaj üzvü təxliyə edildi: Tankerlə bağlı son vəziyyət

by Baş Redaktor
83 Baxış

Qara dənizdə hücuma məruz qalan “AfraMAX Rio” neft tankerindəki vəziyyətlə bağlı Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib.

Army.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov hücumun nəticələrinin aradan qaldırılması istiqamətində vəziyyətin normal olduğunu deyib.

Qeyd edək ki, çərşənbə axşamı axşam saatlarında neft yükü daşıyan, Liberiya bayrağı altında üzən “AfraMAX Rio” tankeri pilotsuz qayıqların hücumuna məruz qalıb.

banner

Hadisə zamanı gəminin göyərtəsində Hindistan vətəndaşı olan 23 nəfər olub. Onların hamısı təhlükəsiz şəkildə təxliyə edilib.

Rusiya Nəqliyyat Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, tankerdə baş verən yanğın da söndürülüb.

Əlaqəli Yazılar Xüsusi