Ev Ölkəİlham Əliyev və Paşinyan Türkmənistanda görüşəcək? – Paşinyan açıqladı

İlham Əliyev və Paşinyan Türkmənistanda görüşəcək? – Paşinyan açıqladı

by Baş Redaktor
39 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistana səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşləri barədə danışıb.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Paşinyan brifinq zamanı bildirib ki, Ermənistanın hər iki ölkənin lideri ilə yaxın zamanda təmasları olub. Onun sözlərinə görə, Türkmənistanda keçiriləcək tədbirin formatı çərçivəsində liderlər arasında qeyri-rəsmi ünsiyyətlərin baş verməsi mümkündür.

Baş nazir qeyd edib ki, hazırda Əliyev və Putinlə rəsmi ikitərəfli görüşlər planlaşdırılmayıb:

banner

“Cəmi bir ay əvvəl həm Rusiya Prezidenti, həm də Azərbaycan Prezidenti ilə görüşlərimiz olub. Lakin format elədir ki, böyük ehtimalla həm Rusiya Prezidenti, həm də Azərbaycan Prezidenti ilə təmaslarımız olacaq. Bu gün və sabah eyni məkanda olacağıq. Belə formatlarda ünsiyyət, təbii ki, baş verir. Amma rəsmi görüş nəzərdə tutulmayıb”.

Əlaqəli Yazılar Xüsusi