Ev DünyaZaxarova: “Rusiya ilə qarşıdurma Avropanın problemlərini artıracaq”

Zaxarova: “Rusiya ilə qarşıdurma Avropanın problemlərini artıracaq”

by Baş Redaktor
139 Baxış

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqı ölkələrinin Moskva ilə qarşıdurma siyasətinin bölgədəki problemləri daha da dərinləşdirəcəyini bildirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Zaxarova brifinq zamanı deyib ki, Aİ əvvəlcə ABŞ-nin təzyiqi, daha sonra isə ətalət səbəbindən Rusiya ilə qarşıdurma yolunu seçib.

Onun sözlərinə görə, bu siyasət Avropaya qarşılaşdığı aktual məsələləri həll etməyə imkan verməyəcək:

banner

“Bu yol ona aktual məsələlərini həll etməyə imkan verməyəcək, hətta heç vaxt həll etməyə imkan verməyəcək. Çünki bu yol yalnız Avropanın qarşılaşdığı problemləri daha da dərinləşdirəcək”.

Əlaqəli Yazılar Xüsusi