Ev DünyaPutindən MDB ölkələrinə çağırış: “Tarix saxtalaşdırılmamalıdır”

Putindən MDB ölkələrinə çağırış: “Tarix saxtalaşdırılmamalıdır”

by Baş Redaktor
67 Baxış

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərinin ümumi tarixi yaddaşın qorunması və tarixin saxtalaşdırılmasına qarşı mübarizə ilə bağlı ayrıca bəyanat qəbul edəcəklərini bildirib.

Army.az xəbər verir ki, Putin bu barədə Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında danışıb.

Rusiya liderinin sözlərinə görə, gənclər Sovet İttifaqı dövründə birliyə daxil olan xalqların əldə etdiyi nailiyyətlər, eləcə də İkinci Dünya müharibəsi illərində onların nümayəndələrinin göstərdiyi qəhrəmanlıqlar barədə həqiqətləri bilməlidirlər.

Putin ümumi tarixi yaddaşın qorunması istiqamətində MDB ölkələrinin birgə səylərinin vacibliyini vurğulayıb.

banner

O qeyd edib ki, liderlərin qəbul edəcəyi ayrıca bəyanat da tarixi yaddaşın qorunmasına xidmət edəcək.

Əlaqəli Yazılar Xüsusi