Ev GündəmMeymunçiçəyi yenidən gündəmdə: Bu ölkədə yoluxma sayı artdı

Meymunçiçəyi yenidən gündəmdə: Bu ölkədə yoluxma sayı artdı

by Baş Redaktor
42 Baxış

Honkonqda meymunçiçəyi ilə bağlı qeydə alınan halların böyük hissəsi son aylara təsadüf edir. Belə ki, avqust ayından etibarən şəhərdə 21 nəfərdə infeksiya aşkarlanıb. Bu rəqəm 2026-cı il ərzində qeydə alınan ümumi yoluxmaların 70 faizinə bərabərdir.

Army.az xəbər verir ki, Honkonqun Sağlamlığın Mühafizəsi Mərkəzinin yaydığı məlumata əsasən, ilin əvvəlindən indiyədək şəhərdə 30 yoluxma müəyyən edilib.

Onlardan 23-ü yerli yoluxma, 7-si isə xaricdən gələn şəxslərlə əlaqəli olub. 2022-ci ildən bu yana Honkonqda qeydə alınan yoluxmaların ümumi sayı 114-ə yüksəlib.

Səhiyyə qurumu son dövrdə yoluxmaların çoxalmasını yüksək riskli cinsi təmaslarla əlaqələndirir. İndiyədək qeydə alınan bütün hallar kişilər arasında aşkarlanıb. Yoluxanların əksəriyyətinin isə meymunçiçəyinə qarşı peyvənd olunmadığı bildirilir.

banner

Vəziyyətlə əlaqədar yerli qurumlar epidemioloji nəzarəti artırıb və peyvəndləmə tədbirlərini genişləndirib. Son iki həftədə yüksək risk qrupuna daxil olan təxminən 360 nəfər peyvənd edilib.

Əlaqəli Yazılar Xüsusi