Ev TexnologiyaABŞ yeni nəsil bombardmançıların istehsalını 25 faiz artırır – 4,5 milyard dollarlıq layihə

ABŞ yeni nəsil bombardmançıların istehsalını 25 faiz artırır – 4,5 milyard dollarlıq layihə

by Baş Redaktor
99 Baxış

ABŞ Hərbi Hava Qüvvələri və “Northrop Grumman” şirkəti yeni nəsil B-21 “Raider” bombardmançılarının istehsal gücünü 25 faiz artırmaq üçün 4,5 milyard dollarlıq layihəyə start verib.

Army.az xəbər verir ki, bu barədə “Defence Industry Europe” nəşri məlumat yayıb.

Məlumata görə, layihə çərçivəsində istehsal müəssisəsi genişləndiriləcək və yeni son montaj xətti yaradılacaq. Məqsəd sifariş edilmiş 100 B-21 bombardmançısının təhvil verilməsi prosesini sürətləndirməkdir.

Sentyabrın 29-da Kaliforniya ştatının Palmdeyl şəhərində yerləşən “Air Force Plant 42” müəssisəsində yeni montaj xəttinin təməlqoyma mərasimi keçirilib. Bu il elan olunan razılaşma əsasında həyata keçirilən genişləndirmə işləri bir milyon kvadrat futdan çox, yəni təxminən 93 min kvadratmetr ərazini əhatə edəcək.

banner

ABŞ Hərbi Hava Qüvvələri layihəni 2025-ci maliyyə ili üzrə büdcə razılaşması çərçivəsində ayrılmış 4,5 milyard dollar hesabına maliyyələşdirir.

Əlaqəli Yazılar Xüsusi