Rusiya Fars körfəzi regionunda münaqişələrin nizamlanması ilə bağlı təklifləri BMT Təhlükəsizlik Şurasında nəzərdən keçirməyə hazırdır.
Army.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Moskva uzun müddətdir regionda kollektiv təhlükəsizlik sisteminin yaradılmasını təklif edir. Lavrov qeyd edib ki, körfəz ölkələri mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün öz aralarında razılığa gəlməlidirlər:
“Düşünürəm ki, bu, bütün həmin dövlətlərin maraqlarına uyğun olaraq uzunmüddətli və dayanıqlı nizamlanmaya nail olmaq üçün ən real yoldur”.
