Ev Dünyaİsraildə bomba təhlükəsi: “Delta” təyyarəsində yoxlama aparılır

İsraildə bomba təhlükəsi: “Delta” təyyarəsində yoxlama aparılır

by Baş Redaktor
82 Baxış

Nyu-Yorkdan Təl-Əvivə uçan “Delta” aviaşirkətinə məxsus təyyarədə partlayıcı qurğunun ola biləcəyi barədə məlumat daxil olub.

Army.az xəbər verir ki, İsrailin “i24News” telekanalının müxbiri Qay Azriel hadisə ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Ben Qurion hava limanına enən təyyarədə hazırda yoxlama aparılır.

Məlumata əsasən, mümkün təhlükə ilə əlaqədar bütün sərnişinlər təyyarədən təhlükəsiz şəkildə təxliyə olunublar. Hadisə ilə bağlı yoxlamanın nəticələri barədə hələlik əlavə məlumat verilməyib.

banner

Əlaqəli Yazılar Xüsusi