Ev TexnologiyaUkrayna Rusiyada “İskəndər-M” raket komplekslərinin təmir bazasını hədəfə aldı

Ukrayna Rusiyada “İskəndər-M” raket komplekslərinin təmir bazasını hədəfə aldı

by Baş Redaktor
71 Baxış

Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayətində “İskəndər-M” əməliyyat-taktiki raket komplekslərinə aid texnikanın təmir olunduğu bazaya zərbə endirildiyini bildiriblər.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, hücum zamanı raket komplekslərinin özüyeriyən buraxılış qurğuları və yük avtomobillərinin təmir bazası hədəf alınıb.

Bundan əlavə, Rusiyanın Bryansk vilayətində, Şkryabino yaşayış məntəqəsinin yaxınlığında yerləşən radar stansiyasına da zərbə endirildiyi qeyd olunub.

Əlaqəli Yazılar Xüsusi