İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsi üçün hazırkı mərhələdə iqtisadi təzyiqlərə və sanksiyalara qarşı mübarizənin hərbi qarşıdurmadan daha böyük əhəmiyyət daşıdığını bildirib.
Army.az xəbər verir ki, bu barədə o, “Tasnim” agentliyinə müsahibəsində danışıb.
Qalibafın sözlərinə görə, hazırda iqtisadi mübarizə hərbi və kiber qarşıdurma ilə müqayisədə daha ön plandadır. O vurğulayıb ki, İrana qarşı təzyiqlərin əsas istiqamətlərindən birini iqtisadi vasitələr təşkil edir.
Parlament sədrinin fikrincə, mövcud şəraitdə hökumətin əsas vəzifələri düzgün qərarlar qəbul etmək və dövlət idarəçiliyində sabitliyi təmin etməkdir. O, qərarvermə prosesində İran vətəndaşlarının və silahlı qüvvələrin rifahının prioritet tutulmalı olduğunu qeyd edib.
