Ev Hərbi Xəbərlər“Müharibədən yayınmaq üçün hazırlaşırıq” – Lukaşenkodan açıqlama

“Müharibədən yayınmaq üçün hazırlaşırıq” – Lukaşenkodan açıqlama

by Baş Redaktor
47 Baxış

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin müharibədən yayınmaq məqsədilə müharibəyə hazırlaşdığını bildirib.

Army.az xəbər verir ki, onun sözlərini BELTA agentliyi yayıb.

“Dürüst və açıq şəkildə demişəm ki, biz müharibədən yayınmaq üçün ona hazırlaşırıq. Heç kimə hücum etmək niyyətində deyilik. Son vaxtlar Qərbdəki “dostlarımız” mediada kampaniyaya başlayıblar. İddia edirlər ki, Rusiya Belarus ərazisindən istifadə etməklə və Belarusla birlikdə Baltikyanı ölkələrə, hətta Polşaya da hücum edəcək”, – Lukaşenko deyib.

Belarus liderinin sözlərinə görə, son vaxtlar xarici media ölkənin silahlı qüvvələrində baş verən proseslərə xüsusi diqqət yetirir:

banner

“Onları ilk növbədə narahat edən Silahlı Qüvvələrin bölmələrində yoxlamaları həddindən artıq tez-tez, konkret və intensiv şəkildə keçirməyimizdir. Bu yoxlamalar təkcə orduda deyil, bütün Silahlı Qüvvələr sistemində aparılır”.

Əlaqəli Yazılar Xüsusi