82
“Azərbaycanla sülhümüz var, baxmayaraq ki, hələ bir neçə addım atılmalıdır”.
Army.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Türkiyə ilə münasibətlərimizi normallaşdırırıq. Sərhəd hələ də bağlıdır, lakin düşünürəm ki, proses artıq xeyli irəliləyib. Tamamilə mümkündür ki, sabah səhər yuxudan oyananda xəbər lentində belə bir başlıq görək: “Ermənistan-Türkiyə sərhədi açıqdır”, – Mirzoyan qeyd edib.