Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi söhbət barədə yerli media nümayəndələrinə açıqlama verib.
Army.az xəbər verir ki, sözügedən dialoq sentyabr ayında Bişkekdə Azərbaycan və Ermənistan liderlərinin geniş tərkibdə keçirilən görüşü çərçivəsində baş tutub.
Simonyanın sözlərinə görə, o, söhbət zamanı sülh məsələsində İlham Əliyevin mühüm rol oynadığını vurğulamaq imkanı əldə edib. Ermənistan rəsmisi Azərbaycan Prezidentinin mövqeyinin Ermənistanda da eşidildiyini qeyd edib:
“Azərbaycan Prezidentinə sülhdən danışarkən bu məsələdə onun mühüm rolunun olduğunu demək imkanım oldu. Onun ritorikası Ermənistanda da eşidilir. O, məni dinləyərək razılaşdı”.
