Azərbaycan və Ermənistan arasında anklav və eksklavların taleyi ilə bağlı hələlik konkret razılaşma əldə olunmayıb. Tərəflər bu məsələnin ərazi mübadiləsi əsasında həllini müzakirə edirlər.
Army.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.
O, ərazilərin qarşılıqlı dəyişdirilməsi variantının mümkün olduğunu deyib.
Simonyanın sözlərinə görə, Kərki kəndinin Başkəndlə dəyişdirilməsi ehtimalı da müzakirə olunur. Lakin o qeyd edib ki, Başkəndin sahəsi sovet dövründən Ermənistanda qalmış Azərbaycan eksklavlarının ümumi ərazisindən bir qədər azdır.
Qeyd edək ki, söhbət Ermənistanın Azərbaycana qaytarmalı olduğu Kərki, Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərindən gedir. Azərbaycan ərazisində, Gədəbəy rayonu yaxınlığında yerləşən Başkəndə isə Ermənistan tərəfi iddia irəli sürür.
