İsrail seçkilər zamanı ölkəyə qarşı mümkün hücumlara sərt cavab veriləcəyini bəyan edib. Rəsmi Təl-Əviv bildirib ki, hücumun nə vaxt baş verməsindən asılı olmayaraq, buna qarşılıq ağır zərbə olacaq.
Army.az xəbər verir ki, İsrailin BMT-dəki daimi nümayəndəsi Dani Danon İran və “Hizbullah”a müraciətində belə bir xəbərdarlıq edib.
Diplomat qarşı tərəfi İsraili sınağa çəkməməyə çağırıb. O vurğulayıb ki, seçkilər dövründə və ya başqa vaxtda ölkəyə hücum etmək qərarına gələn hər kəs dağıdıcı cavabla üzləşəcək.