Ev Hərbi XəbərlərLavrovun İran səfərinin gündəliyi açıqlanıb

Lavrovun İran səfərinin gündəliyi açıqlanıb

by Baş Redaktor
59 Baxış

Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək.

Army.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Səfər zamanı Lavrovun iranlı həmkarı ilə görüşü və danışıqlar aparması nəzərdə tutulur. Tərəflərin müzakirələrində beynəlxalq və regional gündəmin aktual məsələləri, o cümlədən İran ətrafında yaranmış vəziyyət əsas yer tutacaq.

Görüşdə, həmçinin ABŞ və İsrailin fəaliyyəti fonunda Yaxın və Orta Şərqdə gərginliyin azaldılması istiqamətində Rusiyanın göstərdiyi səylər müzakirə olunacaq. Söhbət regiondakı proseslərə cəlb olunmuş dost ölkələrin üzləşdiyi vəziyyətdən də gedəcək.

banner

Bundan əlavə, nazirlər son dövrdə yüksək və ali səviyyədə keçirilən görüşlər və təmaslar zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələsini nəzərdən keçirəcəklər

Əlaqəli Yazılar Xüsusi